“Pavone” jurnalı yapon oxucuları Şuşa ilə tanış edib
Şuşa Dövlət Qoruğu İdarəsi xəbər verir
Yaponiyada dərc olunan, daha çox turizm, mədəniyyət sahələrindən bəhs edən, oxucuları arasında “Eleqantlıq nümunəsi” kimi tanınan “Pavone” jurnalının 72-ci buraxılışında tarixi, əsrarəngiz Şuşa şəhəri haqqında məqalə dərc edilib.
Məqalədə Şuşanın məftunedici təbiəti, turizm imkanları, tarixi abidələri, beynəlxalq aləmdə tanınması barədə məlumatlar öz əksini tapıb.