XƏBƏRLƏR / Media

Eynulla Fətullayev “Haqqın.az”ı satdığını təsdiqləyib

O, bu barədə özünün "Facebook" hesabında paylaşım edib

Eynulla Fətullayev “Haqqın.az”ı satdığını təsdiqləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Eynulla Fətullayev təsisçisi olduğu “Haqqın.az” saytının satdığını təsdiqləyib.

    O, bu barədə özünün "Facebook" hesabında paylaşım edib:

    "Azərbaycan mətbuatı həyatın dibinə yuvarlana-yuvarlana gedir. Dalınca da bir qara daş…
    Ölkənin “aparıcı” xəbər saytlarından biri cəmiyyətə elan edir: “Eynulla Fətullayevin vəzifəsinə təyinat olub!”. Ay bədbəxtlər, guya Eynulla nazir və ya bələdiyyə sədri olub ki, onun da yerinə təyinat olsun? Amma bir məsələdə haqlıdılrar ki, Eynulla medianı nüfuzuna görə 4-cü hakimiyyəyə çevirə bilmişdi. Siz isə medianı "şkonka"nın altına saldınız…

    "Haqqin.az" MMC-də bütöv payımı satmışam. Səbəblər və gələcək planlarım barədə əlavə geniş açıqlama verəcəyəm".