XƏBƏRLƏR / Media

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platformasında" deyib

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

    "Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib.

    “Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir”.

    Prezidentin köməkçisi bildirib ki, bu, hər hansı post-münaqişə dövrünün ən mühüm və çətin hissəsidir: “Məsələn, biz digər post-münaqişə dövrlərini də öyrənirik. Balkanların vəziyyətinə baxaq. Ötən əsrin 90-cı illərinin əvvəllərində bütün münaqişələr həll olundu, lakin region ölkələri arasında hələ də etimadsızlıq mövcuddur.

    Ermənistan-Azərbaycan kontekstində də çox dürüst olmalıyıq. Tariximizdə erməni xalqı ilə ortaq yaddaşımızın bəzi qaranlıq səhifələri var. Biz bu keçmişi silmirik, lakin gələcəyə sülh yolu ilə baxırıq”.