XƏBƏRLƏR / Media

“Amerikanın səsi”nin işçiləri məzuniyyətə göndərilib

Radio işləmir

“Amerikanın səsi”nin işçiləri məzuniyyətə göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Amerikanın səsi”nin 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib və radiostansiyanın özü susub.

    Bu barədə radiostansiyanın direktoru Maykl Abramovits məlumat verib.

    O, sosial şəbəkədə qeyd edib:

    “Məşhur “Amerikanın səsi”nin 83 ildə ilk dəfə susması məni çox kədərləndirib. Bu səhər öyrəndim ki, “Amerikanın səsi”nin faktiki olaraq bütün işçiləri - 1300-dən çox jurnalist, prodüser və yardımçı heyət inzibati məzuniyyətə buraxılıb. Elə mənim kimi”.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Amerikanın səsi” radiostansiyasına nəzarət edib və maliyyələşdirib.