XƏBƏRLƏR / Media

Əfqanıstanda qadınlara radioda səsləndirmə qadağan edilib

Bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) məlumat yayıb

Əfqanıstanda qadınlara radioda səsləndirmə qadağan edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstan hökumətinin məmurları Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər.

    Bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb.

    "Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır", - məlumatda bildirilib.

    Qeyd olunub ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var.

    Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.