XƏBƏRLƏR / Media

Euronews kanalı rəsmi olaraq Bakıda ofisini açdı

Kanalın İdarə Heyətinin sədri Pedro Varqas David Bakıda səfərdədir

Euronews kanalı rəsmi olaraq Bakıda ofisini açdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Euronews beynəlxalq televiziya kanalı rəsmi olaraq Bakıda ofisini açdı.

    Euronews-un İdarə Heyətinin sədri Pedro Varqas David də ofisin açılış mərasimində çıxış etdi. O, qeyd etdi ki, kanal Azərbaycana qarşı balanslı mövqeyinə görə təzyiq altındadır.

    "Qeyd etməliyəm ki, Azərbaycana qarşı balanslı mövqeyimiz qəbul edilmədi. Əsas ofisimizin qarşısında etirazlar keçirildi. Jurnalistlərimiz elektron poçt hücumlarına məruz qaldılar. Xəbərlərdə "Şuşa, Azərbaycan" yeri qeyd edildikdə saysız-hesabsız elektron poçt aldıq. Bizdən Şuşanı niyə Azərbaycan ərazisi adlandırdığımız soruşuldu və biz beynəlxalq hüququn onu Azərbaycan ərazisi kimi tanıdığını cavablandırdıq. Hətta ötən ilin dekabrında Azərbaycan sərnişin təyyarəsi vurulduqda belə, Reuters fəlakətin səbəbinin Rusiyaya lehinə olan bir versiyasını təbliğ etdi. Biz bunu heç vaxt etməmişik", - deyə Pedro Varqas David qeyd etdi.