XƏBƏRLƏR / Media

BBC-nin rəhbərliyi kobud saxtakarlığa görə istefa verdi

Prezident Trampı gözdən salmaq ücün BBC onun çıxışının müxtəlif hissələrindən olan sətirləri montaj edib

BBC-nin rəhbərliyi kobud saxtakarlığa görə istefa verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BBC-nin baş direktoru Tim Deyvi və xəbərlər şöbəsinin rəhbəri Deborah Turness "Tramp: İkinci Şans?" sənədli filmi ətrafında yaranan mübahisədən sonra istefalarını elan etdilər.

    BBC-nin məlumatına görə, aparıcı Donald Trampın çıxışını manipulyasiya etməkdə ittiham olunurdu. Filmdə onun 6 yanvar 2021-ci il tarixli çıxışının müxtəlif hissələrindən sətirlər Donald Trampın Kapitolidə iğtişaşlara çağırdığı təəssüratı yaratmaq üçün redaktə edilib.

    Redaktəni təsdiqləyən BBC-nin daxili qeydi Telegraph tərəfindən dərc edilib.

    ABŞ Prezidenti Donald Tramp özünün sosial şəbəkəsində Telegraf nəşrinə təşəkkürlüyünü bildirib, BBC-nin dırnağ arası "jurnalistlərini" isə korrupsiyada suçlayıb.