XƏBƏRLƏR / Media

BBC Azərbaycan ofisinin ölkədəki fəaliyyəti qanunsuzdur

Bu barədə Medianın İnkişaf Agentliyi (MEDİA) bəyanat yayıb

BBC Azərbaycan ofisinin ölkədəki fəaliyyəti qanunsuzdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • MEDİA: BBC Azərbaycan ofisinin ölkədəki fəaliyyəti qanunsuzdur.

    BBC ofisinin Azərbaycanda fəaliyyəti dayandırılmış keçmiş əməkdaşlarının ölkədə jurnalist fəaliyyətini davam etdirdikləri, o cümlədən müxtəlif orqanlara sorğular təqdim etdikləri və öz araşdırmalarını apardıqları barədə məlumatlar var.

    Agentliyin hüquq şöbəsi qeyd edib ki, "Media haqqında" Qanuna əsasən, xarici media orqanlarının filialları və nümayəndəlikləri yalnız ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.

    "Xarici media orqanının nümayəndəliyi belə bir razılaşma olmadan fəaliyyət göstərirsə, bu, onun ləğvi üçün əsasdır. Bundan əlavə, xarici jurnalistlər Azərbaycanda işləmək üçün müvafiq orqanlar tərəfindən akkreditasiyadan keçməlidirlər.

    BBC ofisi ilə bağlı vurğulamaq lazımdır ki, bu media orqanının Azərbaycanda fəaliyyətinə icazə verən beynəlxalq müqavilə olmadığı üçün müvafiq orqanlar ofisi ləğv edib, hüquqi şəxslərin dövlət reyestrindən çıxarıb və əməkdaşlarının akkreditasiyası ləğv edilib. Bu o deməkdir ki, BBC-nin Azərbaycandakı ofisinin fəaliyyətinin hazırda heç bir hüquqi əsası yoxdur.

    Nəticə etibarilə, milli qanunvericiliyə əsasən, belə bir nümayəndəlik media qurumu hesab edilmir və əməkdaşlarının akkreditasiyasının olmaması onların bu sahədəki fəaliyyətini qanun pozuntusu edir. Bu fəaliyyət müraciət etdiyi fiziki, hüquqi şəxslərə və ya təşkilatlara heç bir öhdəlik qoymur, əksinə, bu qurumların qanunsuz fəaliyyətinin dayandırılmasını tələb etmək hüququ verir", - agentliyin bəyanatında deyilir.