"Politico"nun ən böyük dərdi Əli Kərimlinin aqibətidir?
Bu nəşrin müxbiri Azərbaycan xarici işlər nazirinə verdiyi sualdan məlum olub
Ceyhun Bayramov "Politico" informasiya bületeninin alman müxbirinin AXCP sədri Əli Kərimli ilə bağlı sualına ətraflı cavab verib.
"Müxalifət fəaliyyəti şəxsi hüquqi məsuliyyətdən azad etmir. Düşünürəm ki, öz sualınıza cavab vermisiniz. Bəli, hüquqi dövlətlərdə olduğu kimi, ona qarşı da istintaq davam edir."
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Yohan David Vadeful ilə birgə mətbuat konfransında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi ilə bağlı alman jurnalistin sualını cavablandırarkən bildirib.
"Davam edən hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə uyğun olaraq aparılır. Təkrar edirəm: müxalifətin bir hissəsi olmaq şəxsi hüquqi məsuliyyətdən azad etmir. Bu, Azərbaycan və Almaniya da daxil olmaqla, istənilən ölkəyə aiddir", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, XİN rəhbəri Ceyhun Bayramovun alman həmkarı Yoxan Vadefulla keçirdiyi mətbuat konfransında alman jurnalistlərinin verdiyi ən birinci sualı idi.
1 dəqiqə