XƏBƏRLƏR / Media

Türkiyədə "Halk TV"-yə qarşı növbəti əməliyyat keçirilib

Doqquz nəfər saxlanılıb

Türkiyədə "Halk TV"-yə qarşı növbəti əməliyyat keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədə "Halk TV" telekanalına qarşı aparılan istintaq çərçivəsində üçüncü əməliyyat dalğası keçirilib.

    NTV-nin məlumatına görə, əməliyyat zamanı 12 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 9-u saxlanılıb.

    Saxlanılanlar arasında telekanalın aparıcıları Ece Üner və həyat yoldaşı Deniz Bayramoğlu da var. Halk TV-nin xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı verilib. İstanbul Baş Prokurorluğunun açıqlamasında onun hazırda xaricdə olduğu bildirilib.

    Türkiyə mətbuatının yaydığı məlumata görə, istintaq "Halk TV"-nin sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan araşdırma çərçivəsində davam etdirilir. Baş Prokurorluq iş üzrə bir sıra maliyyə əməliyyatlarını, şirkətlər və bələdiyyə tenderləri ilə əlaqələri araşdırır.

    İstintaq çərçivəsində şübhəlilərə qarşı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti yanıldan məlumatları açıq şəkildə yaymaq, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar irəli sürüldüyü bildirilir. Bu iddialar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.