"Axtarışda 400-ə yaxın erməniəsilli şəxs var"
Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib
"Axtarışda olan 400-ə yaxın erməniəsilli şəxsin tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib".
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan kütləvi məzarlıqlarla və xəritələrlə bağlı Azərbaycana məlumatları vermir: "Verilən xəritələrin böyük əksəriyyəti də reallığı əks etdirmir. Lakin biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hazırda axtarışda 400-ə yaxın erməniəsilli şəxs var. Onların tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib. Ümidvaram ki, bu istiqamətdə müsbət nəticələr əldə olunacaq".