XƏBƏRLƏR / Kriminal

Qırğızıstanda dövlət çevrilişi planlaşdıran qrup tutulub

Bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi xəbər yayıb

Qırğızıstanda dövlət çevrilişi planlaşdıran qrup tutulub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qırğızıstanda kütləvi iğtişaşlar və dövlət çevrilişi planlaşdıran qrup zərərsizləşdirilib.

    Qeyd olunur ki, onun üzvlərinə keçmiş siyasi xadimlər, mütəşəkkil cinayətkar qrupların üzvləri və vətəndaş fəalları daxildir.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı həmin qrupun fəal üzvü, Cəlalabad rayon sakini, vətəndaş Ş.E.K.-nı müəyyən ediblər.

    “Temiş aka Oygoon Qırğız” təxəllüslü şəxs 1981-ci ildə anadan olub. O, Çuy vilayətinin Daxili İşlər Baş İdarəsinin İstintaq Xidmətinə aparılıb.

    Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun qanunsuz fəaliyyətinə dair hərtərəfli sübutlar aşkar edilərək götürülüb.

    Qırğızıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 96-cı maddəsi ilə saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.