Ay, ataları bir vaxtlar erməniləri buraxanlar!
Hansısa klinika rəhbəri polkovnik-leytenanta maşın qapısı açdırmaq istəyirmiş
Şuşanın Malıbəyli kəndi ətrafında 366-cı alayın (11.02.1992-ci il) iki ədəd BMP-2 texnikasını vurub sıradan çıxaranda mənim 24 yaşım var idi. Bu gun deputat və komitə sədrlərinin vikipediyasına baxıram. Məndən iki yaş böyukdürlər. Yəni onların da o vaxt 26 yaşları olub. BDU-da oxuyurmuşlar. Halbuki onlar da gələ bilərdilər müharibəyə.
Valideynlərinə nəzər salıram. Ataları Qarabağda və müxtəlif rayonlarda prokuror olublar və bizim həbs etdiyimiz qatı erməni cinayətkarlarını, o cümlədən Samvel Babayanı, Vitali Balasanyanı, 30 000 azərbaycanlını Xankəndindən min cür işgəncələrlə, öldürməklə, üstlərinə benzin töküb yandırmaqla, qadınları və qızları zorlamaqla departasiya edənlərin başçısı, cinayət-axtarış şöbəsinin rəisi, kapitan Qəribi (Qarik), Dadamyan, Manuçarov, Vaqif Xaçaturyan, Arayik, Vladik, milis mayoru Şahnazaryan və neçə-neçə cinayətkar “yanları” Şuşa türməsində 7 ay saxladıqdan sonra məhkəməsiz-filansız təzədən ermənilərin özlərinə pul muqabilində satan adam olublar. Bu adamların övladları bu gün Azərbaycanda yüksək vəzifələrdədirlər. Məhz onların satdıqları cinayətkarlar yenidən qayıdaraq Xocalı, Malıbəyli, Qaradağlı kəndlərində soyqırım törətdilər.
Rəhbərlik etdikləri müəssisələrdə isə bir nəfər də olsun, Qarabağ qazisi saxlamırlar, hamısını işdən qovurlar. Prezidentin tapşırığını da nəzərə almırlar, heç yaxına da buraxmırlar.
Hal-hazırda da həmin satılan cinayətkarlar bu gün Xankəndində 10 000 000 Azərbaycan əhalisinə meydan oxuyurlar. Məhz vaxtı ilə həbs olunan həmin cinayətkarlar!
İndi hansısa klinika rəhbəri, g... p...-lu gədənin biri Ali Hərbi Məktəb qurtarmış, 44 günlük Vətən müharibəsində iştirak etmiş, yaralanmış, hərbi rütbəli (polkovnik-leytenant) bir zabitə TƏBİB-dən gələn özu kimi g... p...-lu bir gədəyə və onun xidməti maşını üçün qapı (darvaza) açdırmaq istəyib. Halbuki həmin zabitin tabeçiliyində 300-500, bəlkə də 1000 nəfər klinika rəhbəri kimi əsgər və zabitlər olub, amma yaralanıb və ehtiyata buraxılıb.
Məlumat üçün deyim ki, “Yeni Kilinika”nın rəhbəri Barat Yusifov ehtiyatda olan polkovnik-leytenant Coşğun Məmmədova TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun avtomobilin qapısını açmasını tələb edib. Coşğun Məmmədov isə işinin qapı açmaq olmadığını deyıb. Lakin klinikanın rəhbəri israr edib. Coşğun Məmmədov “Mən kiminsə qapısını açan şəxs deyiləm” deyərək öz ərizəsi ilə işdən çıxıb.
Bir vaxtlar erməni cinayətkarlarını həbsdən buraxanların övladları xidməti pensiyalarımızı kolxozçu pensiyası edirlər, halbuki biz pambıq, üzüm, tütün, qarğıdalı, pomidor-xiyar yığmamışıq, 24 saat Vətənə xidmət etmişik! Çox pis olmuşam, çox...