Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u tarixlərində Qafqaza səfər edəcək. ANS Press bu barədə AYİB-ə istinadən xəbər verir. Məlumata görə, səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və Azərbaycanda olacaq.
Heyət yüksək vəzifəli dövlət rəsmiləri, diplomatik icma, tərəfdaşlar və müştərilərlə görüşəcək.