XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda saxlanılan separatçılarla bağlı məlumat

BQXK-nın xəbər yayıb

Azərbaycanda saxlanılan separatçılarla bağlı məlumat
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları noyabrda ayında Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkiblər.

    Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

      Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb.

      "Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - deyə məlumatda deyilir.

      Xatırladaq ki, Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan ,separatçıların keçmiş “prezidenti” Arayik Harutyunyan, Ruben Vardanyan, Davit Manukyan,Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətirilib.