Qarabağ bölgəsini 2906 erməni əsilli sakin tərk edib
Onlar özləri könüllü olaraq Ermənistana gedirlər
Azərbaycanın Qarabağ bölgəsini 2906 erməni əsilli sakin tərk edib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Qeyd olunub ki, saat 06:00-a olan məlumata görə, 2906 Qarabağ sakini Ermənistan ərazisinə daxil olub.
Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.
Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.