XƏBƏRLƏR / Hərbi

Azad edilmiş ərazilərdə daha 277 mina aşkarlandı

Bu barədə qurumun “X” hesabında paylaşım edilib

Azad edilmiş ərazilərdə daha 277 mina aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

    Bu barədə qurumun “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin 611,4 hektar ərazi minadan təmizlənib.