XƏBƏRLƏR / Hərbi

Müdafiə nazirinin müavinləri Qətərdə rəsmi səfərdədilər

Müdafiə Nazirliyi xəbər verir FOTO

Müdafiə nazirinin müavinləri Qətərdə rəsmi səfərdədilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın müdafiə nazirinin müavinləri Qətərdə rəsmi səfərdədir

    Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Qətərdə rəsmi səfərdədir.
    Əvvəlcə nümayəndə heyəti Əl-Udeyd aviabazasında Qətər Silahlı Qüvvələrinin Hərbi Aviasiya Akademiyasında olub, burada yaradılan şərait və tədris prosesi ilə tanış olublar.
    Sonra baş direktor A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Səud bin Əbdülrəhman bin Həsən Al Tani ilə görüş keçirmişdir.

    Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və onun inkişaf etdirilməsi imkanları müzakirə olunub.

    Görüşdə Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant N.İslamzadə ilə yanaşı, hər iki tərəfdən bir sıra yüksək rütbəli zabit və rəsmi şəxslər iştirak ediblər.

    Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Qətərin “Barzan Holdings” şirkətinin rəhbərliyi ilə görüşündə ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub.