Azad edilmiş ərazilərin 70 min hektarı minalardan təmizlənib
Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinindən xəbər verilib
Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68,9 min hektardan çox ərazi minalardan təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) şöbə müdirinin müavini İdris İsmaylov İdarələrarası Mərkəzinin işçi qrupunun Koordinasiya Qərargahı iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu il yol çəkilişi aparılan və ya aparılacaq 77 hektara qədər ərazinin minalardan təmizlənməsi gözlənilir.
“Ümumilikdə 82,7 mindən çox partlamamış hərbi sursat və mina aşkar edilib. Minadan təmizlənmiş ərazilərin 8,1 faizi və ya 5,6 min hektarı nəqliyyat və informasiya texnologiyaları infrastrukturunun qurulduğu ərazilərin payına düşür. Bundan əlavə, Qarabağda çəkilən dəmir yollarının kənarında 1070 hektar təmizlənmiş ərazilər yerləşir. Bərdə-Ağdam və Füzuli-Zəngilan-Ağdam dəmir yolu hissəsi tamamilə minalardan təmizlənib”.
İsmayılov əlavə edib ki, 2023-cü ilin sonuna kimi 820 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi planlaşdırılır.