Hindistan Ermənistanı ölümcül silahlarla təhciz edir
Bu barədə İstehsalçı "Bharat Electronics Limited" xəbər yayıb

Hindistan iyulda Ermənistana "Akaş" Zenit-raket sistemlərinin ikinci partiyasını göndərəcək, "IADN Center" (Indian Aerospace Defence News) yazır.
“Müdafiə istehsalı üzrə katib (Hindistan hökumətinin – ANSPress) Sanjeev Kumar “Akaş” silah sisteminin batareyasını dost xarici ölkəyə ixracı üçün təhvil verildiyini bildirib”, – şirkət sosial mediada bildirib.
"Akaş" sistemi yer-hava tipli raketdir: qırıcıları, qanadlı raketləri, hava-yer raketlərini, PUA-ları və digər hava vasitələrini 25 km-ə qədər məsafədə məhv edir. İrəvan bu silahların ilk xarici alıcısı olub.