XƏBƏRLƏR / Hərbi

Müdafiə sənayesi naziri SOFEX 2024-də iştirak edib

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada səfərdədir

Müdafiə sənayesi naziri SOFEX 2024-də iştirak edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 3-də Aqabada (İordaniya) işə başlayan 14-cü Xüsusi Əməliyyat Qüvvələri Sərgisində (SOFEX 2024) və Yaxın Şərq Xüsusi Təyinatlı Qüvvələri Komandanlarının Konfransında iştirak edir.

    Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

    İdarədən verilən məlumata görə, nazir bir sıra rəsmi görüşlər keçirib.

    “Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - nazirlikdən bildirilib.