XƏBƏRLƏR / Hərbi

Ermənistan artilleriyadan mövqelərimizi atəşə tutub

Azərbaycan Ordusunun üzbəüz mövqeləri D-30 topları və minaatanlardan atəşə tutulub

Ermənistan artilleriyadan mövqelərimizi atəşə tutub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutub.

    Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

    Bölmələrimiz itki verməyib.