XƏBƏRLƏR / Hərbi

Azad edilmiş ərazilərdə daha 138 mina zərərsizləşdirib

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) xəbər yayıb

Azad edilmiş ərazilərdə daha 138 mina zərərsizləşdirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ANAMA: İşğaldan azad edilmiş ərazilərdə daha 138 mina zərərsizləşdirilib.

    Martın 3-dən martın 9-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 48 tank əleyhinə mina, 90 piyada əleyhinə mina, 605 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan humanitar minatəmizləmə əməliyyatlarına dair həftəlik hesabatında deyilir.

    Məlumata görə, 1365,3 hektar ərazi minalardan təmizlənib.

    Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 özəl şirkət tərəfindən Tərtər, Ağdər, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda həyata keçirilib.