XƏBƏRLƏR / Hərbi

Sülhməramlılar prosesə qarışmayacaq

Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov "Shot"a müsahibəsində bildirib

Sülhməramlılar prosesə qarışmayacaq
Andrey Kartapolov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Rusiya sülhməramlıları heç nə onları təhdid etmədikcə proseslərə qarışmayacaqlar".

    Rusiya mətbuatı xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov "Shot"a müsahibəsində bildirib.

    “Nə qədər ki, Rusiya sülhməramlılarının özləri təhdid edilmir, onların silahdan istifadə etmək hüququ yoxdur”, – Kartapolov qeyd edib.

    Kremlin açıqlamasında isə vurğulanıb ki, Rusiya sülhməramlıları əvvəlki üçtərəfli sənədlər əsasında Qarabağdakı prosesi siyasi-diplomatik məcraya qaytarmağa çalışır.