XƏBƏRLƏR / Hərbi

Həbsxanada özünü güllələyən hərbçinin son vəziyyəti

Bu barədə Penitensiar Xidmət məlumat yayıb

Həbsxanada özünü güllələyən hərbçinin son vəziyyəti
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb.

    Xidmətdən bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Şamxalov Ülvi İlyas oğlunun xəstəxanada müalicəsi davam etdirilir. Həyatı üçün heç bir təhlükə yoxdur.