Türkiyə ordusu Qara dənizdə HHM SİPER-i sınaqdan keçirəcək
Türkiyə istehsalı olan SİPER hava hücumundan müdafiə qurğusu Rusiyanın S-400 raket sistemini əvəz edə bilər FOTO
Türkiyə ordusu Qara dənizdə yerli uzaqmənzilli hava hücumundan müdafiə (HHM) SİPER-i sınaqdan keçirəcək. Bununla əlaqədar olaraq, hakimiyyət orqanları öz daxili sularında dənizin 850 kilometrlik hissəsini uçuşlar üçün bağlı zona elan ediblər.
Test nəticələrinin müsbət olması halında SIPER hava hücumundan müdafiə sistemləri qırıcı və qanadlı raketlər kimi hava hədəflərinə qarşı istifadə ediləcək.
Türkiyənin hava hücumundan müdafiə sisteminin sınaqları Ukraynadakı müharibə, Afrikadakı daxili iğtişaşlar, Suriya və İran problemləri fonunda ölkəni qorumaq üçün həyata keçiriləcək.