XƏBƏRLƏR / Hərbi

Azad olunmuş ərazilərdə daha 224 mina aşkarlanıb

Bu barədə ANAMA məlumat yayıb

Azad olunmuş ərazilərdə daha 224 mina aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (31.07.2023 - 06.08.2023) açıqlanıb.

    ANAMA-dan verilən xəbərə görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 194 piyada əleyhinə mina, 30 tank əleyhinə mina, 97 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 363,02 hektar ərazi mina və PHS-lərdən təmizlənib.