XƏBƏRLƏR / Hərbi

"Eternity-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib FOTO

"Eternity-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyənin Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

    Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

    Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

    Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.