XƏBƏRLƏR / Hərbi

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü" keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Görüşün protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.