XƏBƏRLƏR / Qayıdış

Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

ANAMA xəbər verir

Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 17-23-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

    ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 98, tankəleyhinə 41 mina və 522 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1829,3 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.