Qayıdış

Azad edilmiş ərazilərdə daha 61 mina, 1 097 PHS aşkarlanıb

ANAMA xəbər verir

Azad edilmiş ərazilərdə daha 61 mina, 1 097 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 - 27.07.2025) açıqlanıb.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 46 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 1 097 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

      Bildirilib ki, 1 354,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.