Qayıdış

Azad edilmiş ərazilərdə daha 81 mina, 240 PHS aşkarlanıb

ANAMA həftəlik hesabat dərc edib

Azad edilmiş ərazilərdə daha 81 mina, 240 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.07.2025 - 13.07.2025) açıqlanıb.

    ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 65 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 240 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 1.639,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.