Qarabağdan Ermənistana köçən 11 minə yaxın insan artıq başqa ölkəyə mühacirət edib.
Keçmiş separatçıların nümayəndəsi Geqam Stepanyan bildirib.
Bununla belə, o, digər məlumatların da yayıldığını, qeyri-rəsmi rəqəmlərdə Ermənistandan mühacirət edən Qarabağ ermənilərinin 15 minə çatdığını qeyd edib.
"Əsas səbəb Ermənistanda insanların normal həyatını pozan sosial-məişət şəraitidir, ona görə də onlar Rusiyanın cənub bölgələrinə köçməyə üstünlük verirlər", - Stepanyan bildirib.
A.Stepanyanın səzlərinə görə, Qarabağdan köçüb Ermənistana gələn 10 min 800 nəfər iş tapa bilib.