XƏBƏRLƏR / Qayıdış

Xankəndidə 11 qumbara və digər silahlar aşkarlandı

DİN xəbər verir

Xankəndidə 11 qumbara və digər silahlar aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb.

    Bu barədə DİN-dən bildirilib.

    Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.