XƏBƏRLƏR / Qayıdış

Azad edilmiş ərazilərdə ötən ay nə qədər mina və PHS tapılıb

Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumat

Azad edilmiş ərazilərdə ötən ay nə qədər mina və PHS tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 522 piyada əleyhinə mina, 118 tank əleyhinə mina, 5286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

      Bildirilib ki, 5 622,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.