XƏBƏRLƏR / Qayıdış

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub FOTO

İndiyədək Xocalı şəhərində 169 nəfərin daimi məskunlaşması təmin edilib

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:18

    Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

    24 ailə olmaqla, 88 nəfər Xocalı sakini doğma yurduna qovuşub.

    Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

    Ailələr açarları sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

    ***

    14:03

    Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Xocalıya çatıb.

    Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılayır. Bu gün 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini öz yurduna qovuşub.

    Ailələri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin nəzdində Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb.

    Xocalı sakinlərinə doğma yurdlarına dönüş münasibətilə göz aydınlığı verilib, evlərin açarları paylanılıb.

    Bununla da Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin olunub.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərin bir qrupu ilə görüşüb, onlara evlərinin açarlarını təqdim ediblər.

    ***

    06:41

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb.

    Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Xocalı şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

    Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Xatırladaq ki, indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. Xocalıya ilk köç mayın 27-də olub.