XƏBƏRLƏR / Qayıdış

Şuşada anım mərasimi keçirilib FOTO

Şuşa Dövlət Qoruğu İdarəsi xəbər verir

Şuşada anım mərasimi keçirilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşada torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.

    Anım Günü ilə bağlı keçirilən tədbirlər 27 sentyabr saat 12:00-da Bayraq Meydanında başlayıb. İlk olaraq Bayraq Meydanında bir dəqiqəlik sükut olub.

    Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub və şəhid məzarına güllər qoyulub, dualar oxunub.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!