İlham Əliyev Zəngilanda Şəhərsalma Forumunda iştirak edir
2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda Prezident çıxış edib
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi.
Bu sözləri Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.
Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlətimizin başçısı deyib: “Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”.