Xocalılılar doğma yurdlarına dönməyə hazırlaşırlar
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalıdan olan bir qrup məcburi köçkünlə görüş olub
Xocalı rayonuna qayıtmaq üçün hazırlıqlara başlanılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan olan bir qrup məcburi köçkünlə görüşüb.
İclasda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı 44 günlük Vətən müharibəsində qələbədən sonra yaranmış vəziyyət və bir gün ərzində həyata keçirilən yerli antiterror tədbirləri Qarabağ iqtisadi rayonunda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, o cümlədən öz doğma yurdlarına qayıtmağın gedişi və perspektivləri.
Bildirilib ki, Xocalıya qayıdışın səmərəli təşkili üçün hazırlıq işlərinə başlanılıb.