XƏBƏRLƏR / Qayıdış

Kəlbəcərdə ağır qəza: Hərbçimiz həlak oldu YENİLƏNİR

Yaralıların adları

Kəlbəcərdə ağır qəza: Hərbçimiz həlak oldu YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:14

    Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında zərərçəkənlərin kimliyi müəyyənləşib.

    Adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

    Nəsibov Elvin İxtiyar oğlu,

    Vəzirzadə Xəzər Hilal oğlu,

    Babayev Mehman Cəfərqulu oğlu,

    Novruzov Müslüm Mürsəl oğlu.

    Qəza nəticəsində xəsarət alan hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Əhmədov Fuad Cəlal oğlu isə yerləşdirildiyi hospitalda vəfat edib.

    ***

    16:40

    Müdafiə Nazirliyi Kəlbəcərdə baş verən qəza barədə məlumat yayıb.

    Nazirlikdən verilən məlumata görə, mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

    Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

    "Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - açıqlamada deyilir.

    ***

    13:54

    Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

    Hadisə rayonun Qozlu kəndi ərazisində qeydə alınıb.

    Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

    Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb.

    Onların vəziyyəti kafi qiymətləndirilir.

    Yük maşınının isə Kəlbəcərdə yenidənqurma işlərində iştirak edən şirkətlərdən birinə məxsus olduğu, həmin nəqliyyat vasitəsinin sürücüsünün xəsarət almadığı məlum olub.

    Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.