Ağdama ilk köç bu ilin noyabrında olacaq
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib

"Bu ilin noyabr ayında Ağdam şəhərinə ilk köç planlaşdırılır".
Bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub:
"Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır".