XƏBƏRLƏR / Qayıdış

Azad edilmiş ərazilrdə neçə nəfər işlə təmin olunub?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin məlumatı

Azad edilmiş ərazilrdə neçə nəfər işlə təmin olunub?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülmüş 4 minə yaxın insan işlə təmin olunub. Bu barədə Əmək Nazirliyindən məlumat verilib.

    Məlumata görə, işğaldan azad edilmiş ərazilərin sakinləri üçün peşə hazırlığı kursları təşkil olunub, onlara artıq 125 nəfər cəlb olunub.

    Özünüməşğulluq proqramı çərçivəsində 145 vətəndaş üçün kiçik fermer təsərrüfatları yaradılıb.

    Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə vaxtaşırı əmək yarmarkaları keçirilir. Bu il altı belə yarmarka təşkil olunub.