Füzuliyə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub
Bu gün 125 Füzuli sakini - 30 ailə doğma yurdlarına qayıdıb
Daha bir qrup keçmiş məcburi köçkün ailəsi Füzuli şəhərinə gəlib. Yanvarın 24-də səhər saatlarında paytaxtın Qaradağ rayonunu tərk edən ailələr işğaldan azad edilmiş Füzuliyə gəliblər.
Bu gün 125 Füzuli sakini - 30 ailə doğma yurdlarına qayıdıb.
Füzuliyə gələn və qayıtmaq sevincini gizlətməyən ailələr əvvəllər buraya köçən şəhər sakinləri tərəfindən hərarətlə qarşılandı.
Həmin gün Füzuliyə gələn ailələrə mənzillərin açarları təqdim olunub.