XƏBƏRLƏR / Sağlamlıq

Azad edilmiş rayonlarda mərkəzi xəstəxanalar tikiləcək

Səhiyyə Nazirliyi xəbər verir

Azad edilmiş rayonlarda mərkəzi xəstəxanalar tikiləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın azad edilmiş iki rayonunda - Laçın və Kəlbəcərdə mərkəzi xəstəxanalar tikiləcək.

    Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

    Qurum hər iki rayonda tikiləcək xəstəxanaların layihə-smeta sənədlərinin hazırlanması işlərini "İba Group" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

    Müqavilələrə əsasən, şirkətə 1 191 500 manat ödənilib.

    Xəstəxanaların tikintisi ilə bağlı layihə-smeta sənədlərini hazırlayacaq "İba Group" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Bəylərov İlqar Xıdır oğludur.