XƏBƏRLƏR / Qayıdış

Azad ərazilərə gediş-gəliş üçün biletlər satışa çıxarılıb

Gediş biletlərin https://yolumuzqarabaga.az portalı vasitəsilə onlayn əldə etmək olar

Azad ərazilərə gediş-gəliş üçün biletlər satışa çıxarılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərə sentyabr ayında avtobuslarla gediş-gəliş üçün biletlər satışa çıxarılacaq

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Quru Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərə sentyabr ayı üçün müntəzəm avtobus səfərlərinin biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

    Sərnişinlər müəyyən marşrut xətləri üzrə gediş biletlərini https://yolumuzqarabaga.az portalı vasitəsilə onlayn əldə edə bilərlər.