Ən çox minalanmış ərazi Xankəndi ətrafıdır VİDEO

Ermənilər tank əleyhinə minaların altında piyada əleyhinə də mina gizlədiblər

  • Oxuma müddəti:

    0 dəqiqə

  • İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir. 

    ANS Press-in əldə etdiyi məlumata görə, ən çox minalanmış ərazi Xankəndi ətrafındakı meşələr, Xudafərin, Cəbrayıl, Tərtərdir. Minalar əsasən ermənilər tərəfindən dağıdılmış evlərin yaxınlığında, su quyularında basdırılıb. 

    Xatırladaq ki, azad olunan ərazilərdə təkcə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 734,7 hektar ərazi minalardan təmizlənib.

    Təqdim etdiyimiz foto-video materiallar işğaldan azad edilmiş, minalanmış ərazilərdə çəkilib.