XƏBƏRLƏR / Qayıdış

Azad olunmuş ərazilərdə yenə silah-sursat tapıldı

DİN xəbər verir

Azad olunmuş ərazilərdə yenə silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.