AZAL-ın təyyarəsi ilə bağlı yekun hesabat dekabra qaldı
Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib VİDEO

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin dekabrına qədər tamamlanacaq.
Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.
"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı ) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır", - o vurğulayıb.