AZAL da İsrailə uçuşları dayandırdı
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib
Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Tel-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, Tel-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.
Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.
Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az.
"Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - məlumatda qeyd olunur.
Qeyd edək ki, bundan əvvəl bir sıra xarici aviaşirkətlər İsrailə uçuşları təxirə salıb.