AZAL Pakistanın üç şəhərinə uçuşlara başlayır
Reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçiyə həyata keçiriləcək
Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.
Bu barədə AZAL-dan bildirilib.
Reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçiyə həyata keçiriləcək.
Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu çevik cədvəl səyahətçilərə rahat seçimlər təklif edir, AZAL bildirir.
AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.